EN

Mançester Yunayted İngiltərə çempionatında ardıcıl dördüncü qələbəsini qazanıb

ain.az, Cebheinfo saytına istinadən bildirir.

"Mançester Yunayted" İngiltərə çempionatının 25-ci turunda öz meydanında "Tottenhem"i 2:0 hesabı ilə məğlub edib.

"Cebheinfo.az" xəbər verir ki, görüş "Old Trafford" stadionunda keçirilib.

Qaliblərin heyətində qolları Brayan Mbembo (38-ci dəqiqə) və Bruno Fernandes (81) vurub. 29-cu dəqiqədə "Tottenhem"in müdafiəçisi Kristian Romero birbaşa qırmızı vərəqə alıb.

"Mançester Yunayted" İngiltərə çempionatında ardıcıl dördüncü qələbəsini qazanıb. Komanda Maykl Kerrikin baş məşqçi postuna təyin edilməsindən sonra xal itirməyib. Daha əvvəl komanda "Mançester Siti" (2:0), "Arsenal" (3:2) və "Fulhem" (3:2) üzərində qələbə qazanıb.

"Mançester Yunayted" İngiltərə çempionatının turnir cədvəlində 44 xalla 4-cü yerdə qərarlaşıb. "Tottenhem" 29 xalla 14-cü sıradadır. Növbəti turda "Mançester Yunayted" fevralın 10-da səfərdə "Vest Hem"lə oynayacaq, "Tottenhem" isə həmin gün "Nyukasl"ı qəbul edəcək.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
5
cebheinfo.az

6Sources