EN

İsrail bu ölkənin artan hərbi gücündən narahatdır

ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

İsrailin Baş naziri Benyamin Netanyahu Misirin artan hərbi imkanlarından narahatdır.

"Unikal" xəbər verir ki,  bu barədə "Maariv" qəzeti məlumat dərc edib. 

Qəzetin məlumatına görə, baş nazir bu sözləri İsrail parlamentinin Xarici İşlər və Müdafiə Komitəsinin qapalı iclasında deyib.

Netanyahu qeyd edib ki, İsrail və Misir arasında diplomatik münasibətlər və ortaq maraqlar var, lakin onun fikrincə, Misir ordusu hazırda fəal şəkildə güclənir.

O, parlament üzvləri ilə görüşündə bildirib ki,  "Biz bunu yaxından izləməli və çox ciddi artıma yol verməməliyik".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
3
unikal.az

5Sources