
“Barselona” Avropa Super Liqası layihəsindən çıxıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat paylaşılıb.
“Barselona” klubu bu gün Avropa Super Liqası şirkətinə və iştirakçı klublara Avropa Super Liqası layihəsindən çıxması barədə rəsmi bildiriş göndərdiyini elan edir”, - açıqlamada bildirilir.
Qeyd edək ki, yeni Avropa futbol turnirinin yaradılması barədə elan 2021-ci ildə verilib. “Barselona” Super Liqanın 12 təsisçi üzvündən biri olib. Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) layihəni tənqid edərək, bütün iştirakçı klubların digər yerli, Avropa və beynəlxalq yarışlardan kənarlaşdırılacağını bildirib.