ain.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hindistanın şimal-şərqindəki mədəndə baş verən partlayış nəticəsində həlak olanların sayı 27-yə yüksəlib.
"Report" "Xinhua"ya istinadən xəbər verir ki, bu barədə şənbə günü yerli polis məlumat yayıb.
"Meqhalaya ştatında qeyri-qanuni kömür mədənində partlayış nəticəsində həlak olanların sayı 27-yə yüksəlib. Hadisə nəticəsində ən azı doqquz nəfər xəstəxanada müalicə alır", - açıqlamada deyilir.
Fövqəladə Hallar üzrə Milli Müdaxilə Qüvvələrinin nümayəndəsinin sözlərinə görə, mədəndə hələ də insanlar ola bilər. Bu səbəbdən axtarış-xilasetmə işləri davam edir.
Daha əvvəl 18 nəfərin həlak olduğu bildirmişdi.
Xatırladaq ki, partlayış fevralın 5-də Şərqi Jantia Hils bölgəsində qanunsuz fəaliyyət göstərən mədəndə baş verib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.