EN

ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq

Vaşinqton, 7 fevral, AZƏRTAC

ABŞ Dövlət katibinin İqtisadi məsələlər üzrə müavini Ceykob Helberq fevralın 9-11-də İtaliyanın Milan şəhərinə, Ermənistanın İrəvan şəhərinə və Azərbaycanın Bakı şəhərinə gerçəkləşdiriləcək səfərləri zamanı vitse-prezident Ceyms Devid Vensə qoşulacaq.

AZƏRTAC-ın məlumatına görə, bu barədə Dövlət Departamentinin açıqlamasında deyilir. Bildirilir ki, Ermənistan və Azərbaycan səfəri Prezident Trampın sülh səylərini irəli aparacaq və Tramp Beynəlxalq Sülh və Rifah Marşrutunu (TRIPP) təşviq edəcək.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Chosen
29
19
azertag.az

10Sources