Ajans.az xəbər verir ki, yanğın hadisəsi rayonun Diyallı kənd ərazisində, “Qızıl qaya” istirahət mərkəzində olub. Yanğın yerinə İsmayıllı rayon YMH nin yanğınsöndürənləri cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 500 k/m olan hamam otağının 400 k/m tavan hissəsi yanıb, istirahət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.(“Qafqazinfo”)