EN

Epşteynin sağ olduğu iddia edildi

ABŞ-də yetkinlik yaşına çatmayan qız uşaqlarına qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaqda ittiham edilən, məhkəmə prosesi zamanı həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynlə bağlı demək olar ki, hər gün yeni iddialar ortaya atılır.

"Unikal" xəbər verir ki, son olaraq sosial şəbəkələrdə Epşteynə aid olduğu iddia edilən “Fortnite” oyun hesabının hələ də aktiv şəkildə istifadə edildiyini göstərən görüntülər yayılıb. Paylaşımlar qısa zamanda geniş müzakirələrə səbəb olub.

Epşteynin guya sağ olduğuna dair iddialara əsas kimi göstərilən “littlestjeff1” adlı “Fortnite” hesabı ilə bağlı platforma tərəfindən rəsmi açıqlama verilib.

“Fortnite”ın "X" platformasındakı rəsmi hesabında bildirilib ki, sözügedən istifadəçi adı sonradan bir oyunçu tərəfindən dəyişdirilib və yayılan iddialar reallığı əks etdirmir.

“Bu, bir manipulyasiyadır. Fortnite Tracker yalnız mövcud istifadəçi adını göstərir. Epşteynlə əlaqələndirilən heç bir elektron poçt ünvanı sistemimizdə qeydə alınmayıb", -açıqlamada qeyd olunub. 

Chosen
28
38
unikal.az

10Sources