Azərbaycan cüdoçusu Ruslan Paşayev Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.
QOL.az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı 3-cü yer uğrunda görüşdə İtaliya təmsilçisi Valerio Akkolini yuko xalı ilə məğlub edib.
Xatırladaq ki, bu gün Balabəy Ağayev (60 kq) qızıl medala sahib çıxıb.
Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda 8 cüdoçu ilə təmsil olunur.