EN

Zelenski ABŞ nin təklif etdiyi vaxtı açıqladı KONKRET

ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

“ABŞ Kiyevə bu ilin yayınadək Rusiya ilə münaqişəni bitirməyi təklif edib”.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

V.Zelenski ABŞ-nin münaqişə tərəflərinə məsələni həmin müddətə qədər həll etmək üçün təzyiq göstərəcəyini istisna etməyib. Ukrayna prezidenti bunu Vaşinqtonun başqa prioritetlərinin olması ilə izah edib.

Ukrayna prezidentinin sözlərinə görə, Əbu-Dabidəki danışıqlarda ABŞ nümayəndələri “enerji atəşkəsi” təklif ediblər və Kiyev bununla razılaşıb.

Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqların nəticələrini şərh edən V.Zelenski bildirib ki, tərəflər arasında əsir mübadiləsi davam etməlidir.

O, həmçinin ABŞ-nin Rusiya və Ukrayna nümayəndələrinin gələn həftə Mayamidə görüşməsini təklif etdiyini açıqlayıb. Onun sözlərinə görə, Ukrayna tərəfi iştirakını təsdiqləyib./Oxu.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
24
konkret.az

10Sources