FövqÉ™ladÉ™ Hallar Nazirliyinin “112” qaynar telefon xÉ™ttinÉ™ İsmayıllı rayonu, Diyallı kÉ™ndi É™razisindÉ™ yerləşən istirahÉ™t mÉ™rkÉ™zindÉ™ yanğın baÅŸ vermÉ™si barÉ™dÉ™ mÉ™lumat daxil olub.
Moderator.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində istirahət mərkəzinin ərzisində ümumi sahəsi 500kv.m olan və hazırda təmir işləri aparılan saunada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində saunanın yanar konstruksiyaları 100kv.m sahədə yanıb.
Saunanın böyük hissəsi və ətrafdakı tikililər yanğından mühafizə olunub.