EN

Azərbaycana səfəri zamanı Vensi ABŞ Dövlət katibinin müavini müşayiət edəcək

ABŞ Dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq Azərbaycan səfəri zamanı vitse-prezident Cey Di Vensi müşayiət edəcək.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında qeyd olunub.

"ABŞ Dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq 9–11 fevral tarixlərində baş tutacaq Milan, İrəvan və Bakı səfərləri zamanı vitse-prezident Ceyms Devid Vensə qoşulacaq", – məlumatda bildirilib.

Dövlət Departamenti vurğulayıb ki, Ermənistan və Azərbaycana səfər ABŞ Prezidenti Donald Trampın sülh təşəbbüslərini irəli aparacaq və "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) proqramının təşviqinə töhfə verəcək.

"Cebheinfo.az"

Chosen
11
8
cebheinfo.az

10Sources