EN

Aİ müdafiə sahəsi üçün əlavə maliyyələşdirmə imkanlarını nəzərdən keçirir

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) 150 milyard avro məbləğində kreditproqramının müddəti başa çatdıqdan sonra müdafiə sahəsinə əlavəmaliyyə cəlb etmək imkanlarını araşdırır.

Trend xəbər verirki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunub ki, müzakirələr hələ ilkin mərhələdədir vənəzərə almaq lazımdır ki, Avropa Komissiyası (AK) hazırda mövcudkreditləşdirmə proqramı çərçivəsində vəsaitlərin bölüşdürülməsi iləməşğuldur.

Bildirilib ki, bu vəsaitlər cari ilin yazında tükəndikdən sonraAK prosesi qiymətləndirəcək və potensial olaraq ikincikreditləşdirmə proqramını əhatə edən yeni maliyyələşdirmə raundununkeçirilməsi imkanını nəzərdən keçirəcək.

Materialda vurğulanıb ki, bu danışıqlar Aİ-nin yerli müdafiəistehsalını sürətlə artırmaq niyyətini, eyni zamanda ABŞ PrezidentiDonald Trampın Avropadakı təhlükəsizlik öhdəliklərini azaltmaqistəyini əks etdirir.

Qeyd edək ki, Aİ səfirləri Avropa Komissiyasının təklif etdiyiSAFE kreditləşdirmə proqramını 21 may 2025-ci ildə razılaşdırıblar.Dəyəri 150 milyard avro olan Aİ Fondu uzunmüddətli kreditlərvasitəsilə hərbi sənayeyə investisiyaların təmin edilməsinəyönəlib.

Chosen
17
4
az.trend.az

5Sources