EN

“Neftçi” PFK-nın rəsmi mağazası“Decathlon”da

“Neftçi” PFK-nın rəsmi mağazası bundan sonra “28 Mall”da yerləşən “Decathlon”da da fəaliyyət göstərəcək.

Fanat.Az xəbər verir ki, bu gün həmin məkanda “Neftçi Official Fan Store Corner”in açılış mərasimi olub.

Tədbirdə klubumuzun rəsmiləri ilə yanaşı, futbolçularımız – Emin Mahmudov, Vensan Abubakar və Murad Məmmədov da iştirak ediblər. Sevimli komandalarının üzvləri ilə imza günündə görüşən azarkeşlərimiz onlarla xatirə şəkilləri çəkdiriblər. Açılışa qatılan qonaqlarımıza “Neftçi” PFK-dan xüsusi hədiyyələr də təqdim olunub.

Qeyd edək ki, bundan əvvəl “Gənclik Mall”da yerləşən “GO Sport”da rəsmi mağazamızın açılışı baş tutmuşdu.

Chosen
12
5
fanat.az

9Sources