EN

“Lans” “Renn”i məğlub edərək Liqa 1-də birinci yeri çıxıb

“Lans” Liqa 1-in 21-ci turunda evdə “Renn”i 3:1 hesabı ilə məğlub edib.

Ev sahibi komandanın qollarını 41-ci dəqiqədə Odsonne Eduard, 54-cü dəqiqədə Ruben Agilar və Allan Sent-Maksimen (78) vurub. Qonaqların yeganə qolunu Esteban Lepol vurub (8).

“Lans” 49 xal toplayaraq Fransa çempionatının turnir cədvəlində birinci yeri tutur, “Renn” isə 31 xalla altıncı yerdədir.

İdman.Biz
Chosen
12
1
idman.biz

2Sources