EN

"Milli estradanın əsasını qoymuşam" - xalq artisti

Xalq artisti Niyaməddin Musayev "Gün ortası" verilişində qonaq olub və maraqlı fikirlər səsləndirib. Qocaman müğənni sənət fəaliyyətindən danışaraq, bir çox yeniliyin məhz onun tərəfindən edildiyini bildirib.

N. Musayev deyib ki, indiyə qədər bir çox nəsillər onun mahnılarını sevə-sevə dinləyiblər: " 60 il ərzində bunu qoruyub saxlamaq sizə zarafat gəlməsin. Həm şəxsiyyətini, həm insanların istəyini saxlayasan, həm də mahnıların dünyanın hər yerində oxunsun.

Bu, xoşbəxlikdir. Milli estradanın, müasirliyin, ritmlərin, diskotekanın bünövrəsini qoydum".

Mətləb

Chosen
19
sia.az

1Sources