“Neftçi” PFK-nın rəsmi mağazası bundan sonra “28 Mall”da yerləşən “Decathlon”da da fəaliyyət göstərəcək. Bu gün həmin məkanda “Neftçi Official Fan Store Corner”in açılış mərasimi olub.
Tədbirdə klubun rəsmiləri ilə yanaşı, futbolçular – Emin Mahmudov, Vensan Abubakar və Murad Məmmədov da iştirak ediblər. Sevimli komandalarının üzvləri ilə imza günündə görüşən azarkeşlər onlarla xatirə şəkilləri çəkdiriblər. Açılışa qatılan qonaqlara “Neftçi” PFK-dan xüsusi hədiyyələr də təqdim olunub.
Bundan əvvəl “Gənclik Mall”da yerləşən “GO Sport”da rəsmi mağazanın açılışı baş tutmuşdu.