EN

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayıb

Bakı, 7 fevral, AZƏRTAC

İtaliyanın “Yuventus” komandası Türkiyə millisinin futbolçusu Kənan Yıldızla yeni müqavilə imzalayıb.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, 20 yaşlı oyunçunun sözləşməsi 2030-cu ilə qədər uzadılıb.

O, 2023-cü ildən A Seriyası təmsilçisinin formasını geyinir. Ulduz futbolçu bu mövsüm komandanın heyətində 31 matçda 9 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
19
5
azertag.az

10Sources