EN

“Yaxşı çıxış edə bilsəm, mütləq yenə millidən mənə dəvət gələcək”

«Yaxşı çıxış edə bilsəm, mütləq dəvət gələcək».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sumqayıt»ın yeni yarımmüdafiəçisi Emil Mustafayev deyib.

"Kimyaçılar" müqavilə ilə Ukraynada “Polissya”ya məxsus oyunçunu mövsümün sonuna qədər icarəyə götürüb.

“Oleksandriya”nın yetirməsi karyerası boyunca “Çernomorets” və “Polissya”nın uğurları üçün çalışıb.

24 yaşlı orta sahə oyunçusu U-21 və əsas millilərimizin də şərəfini qoruyub.

Mustafayev "Sumqayıt"a gəlişinin yenidən yığmaya dəvət almaq şansına müsbət təsir edə biləcəyinə ümidin etdiyini söyləyib:

"Sumqayıt"da olmağım üstünlükdür. Yenə qeyd edim ki, özümdən çox şey asılıdır. Bir daha milliyə çağırılsam, bundan çox şad olaram.

Hər halda ümidliyəm. Baş məşqçi Ayxan Abbasovun məni diqqət mərkəzində saxlayacağına inanıram.

O, çox diqqətcildir. Bilirəm ki, Abbasov milliyə namizəd olan futbolçuların hər birini nəzarətində saxlayır. Bu da məni ruhlandırır".

Chosen
18
sportinfo.az

1Sources