EN

Entoni Qordon “Mançester Yunayted”ə keçə bilər

“Nyukasl”ın yarımmüdafiəçisi Entoni Qordon karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, “qırmızı şeytanlar” britaniyalı futbolçuya ciddi maraq göstərir.

“Mançester Yunayted” Qordonu əsas sağ cinah oyunçusu kimi görür və o, klubun yay transfer planlarının prioritet hədəflərindən biridir. Artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

Qordon 2023-cü ildə “Everton”dan 45 milyon avroya “Nyukasl”a keçib. Futbolçunun “səkkizlər” ilə müqavilə detalları hələ açıqlanmayıb. Cari mövsümdə 33 oyuna çıxan 23 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 10 qol vurub və 4 məhsuldar ötürmə edib.

Chosen
18
90deqiqe.az

1Sources