EN

“Barselona" bu gün fərqli oyun sərgilədi”

İspaniyanın “Malyorka” klubunun baş məşqçisi Yaqoba Arrasate “Barselona”nın oyunundakı dəyişikliklər barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, “Sport” nəşri çalışdırıcının dediklərini belə çatdırıb.

“Bu gün ‘Barselona’ fərqli oynadı. Adətən onların iki dayaq yarımmüdafiəçisi olur, amma bu dəfə Kasado yeganə dayaq rolunda çıxış edirdi, Fermin və Olmo isə daha irəli mövqelərdə oynayırdılar. Pedri ilə necə oynayacaqlarını bilmirəm, amma yəqin ki, fərqli olardı”.

Qeyd edək ki, Kataloniyalılar doğma meydanda Robert Levandovski, Lamin Yamal və Mark Bernalın qolları sayəsində qələbə qazanıblar.“Barselona” La Liqa turnir cədvəlinə 23 oyundan sonra topladığı 58 xalla liderlik edir. “Malyorka” isə 24 xalla 15-ci pillədə qərarlaşıb.

Chosen
18
90deqiqe.az

1Sources