EN

İtaliyalı qadın konkisürən olimpiya rekorduna imza atıb

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

İtaliyalı konkisürən Françeska Lollobricida 2026-cı ildə Milanda keçirilən Qış Olimpiya Oyunlarında qadınlar arasında 3 min metr məsafədə qalib gələrək yeni olimpiya rekordunu müəyyən edib.

"Cebheinfo.az" xəbər verir ki, idmançı məsafəni 3 dəqiqə 54,28 saniyəyə qət edib.

Beləliklə, o, İtaliyaya ilk qızıl medalı qazandırıb. İkinci yeri qalibdən 2,26 saniyə geri qalan norveçli idmançı Raqne Viklund tutub. Bürünc medalı 2,65 saniyə geridə qalan kanadalı Valeri Malte qazanıb.

Əvvəlki rekord (3:56,93 saniyə) 2022-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarında qeydə alınıb və niderlandlı İren Sxautenə məxsus idi.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
32
8
cebheinfo.az

10Sources