İtaliyanın “Yuventus” komandası Türkiyə millisinin futbolçusu Kənan Yıldızla yeni müqavilə imzalayıb.
“İki sahil” klubun rəsmi saytına istinadla xəbər verir ki, 20 yaşlı oyunçunun sözləşməsi 2030-cu ilə qədər uzadılıb.
O, 2023-cü ildən A Seriyası təmsilçisinin formasını geyinir. Ulduz futbolçu bu mövsüm komandanın heyətində 31 matçda 9 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.