EN

Pensiya kapitalı ilə ev almaq mümkün olacaq? AÇIQLAMA

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Azərbaycanda ev almaq istəyənlərin ən çox maraqlandığı mövzulardan biri də yığılmış pensiya kapitalından vaxtından əvvəl istifadə imkanıdır. Xüsusilə Türkiyə və bəzi Avropa ölkələrində bu təcrübənin uğurla tətbiq edilməsi yerli sosial sistemdə də oxşar addımların atılıb-atılmayacağı sualını doğurur. Məsələ ondadır ki, bir çox ölkədə vətəndaşlar həm daşınmaz əmlak, həm də biznes qurmaq üçün illərlə topladıqları vəsaiti öncədən çıxara bilirlər.Demokrat.az xəbər verir ki, ölkəmizdə bu mexanizmin tətbiqi ilə bağlı vəziyyət isə bir qədər fərqlidir. İqtisadçı Eyyub Kərimli globalinfo.az-a istinadla bildirir ki, məsələ aktual olsa da, mövcud sığorta sistemi müəyyən məhdudiyyətlər yaradır. O, vəziyyəti belə izah edir:“Qardaş Türkiyədə də belə imkan var. İnsanlar müəyyən hallarda əvvəlcədən topladıqları kapitaldan istifadə edə bilirlər. Bizdə rəsmi arqument ondan ibarətdir ki, Azərbaycanda həmrəylik sığortası sistemi tətbiq olunur. Yəni hazırda pensiya alanların sayı çoxdur və Sovet İttifaqı dağıldıqdan sonra uzun müddət pensiya hüququ olmayan insanlar mövcud olub. Hazırda işləyən gənclərin ödədiyi sosial sığorta haqları bu şəxslərin pensiyalarının maliyyələşdirilməsinə yönəldilir. Gələcəkdə isə iqtisadi vəziyyət yaxşılaşdıqca, sonrakı nəsillərinin ödədiyi vəsait hesabına bizim pensiyalarımız veriləcək”.Görünən odur ki, sistemin tam fərdi yığım formasına keçməsi üçün hələ zamana ehtiyac var. Köhnə dövrdən qalan keçid mərhələsi bitməli, əmək bazarı tamamilə rəsmiləşməlidir. Yalnız sosial fondlarda kifayət qədər əlavə vəsait toplandıqdan sonra bu yeniliyin tətbiqi mümkün ola bilər. Ekspert bu barədə qeyd edir:“Sovet dövründən qalma keçid mərhələsi tam başa çatdıqdan, əmək münasibətləri tam rəsmiləşdirildikdən və insanların əmək stajları sosial sistemdə tam əks olunduqdan sonra sosial müdafiə fondlarında əlavə vəsaitlər formalaşacaq. Hər kəs öz pensiyasını tam şəkildə ala bildiyi mərhələdə, hesab edirəm ki, pensiya kapitalından erkən istifadə məsələsi də öz həllini tapa bilər”.Yəni, bu imkanın nə vaxt reallaşacağı hələ dəqiq deyil, lakin iqtisadi islahatların gedişatı gələcəkdə bu qapının açıla biləcəyinə işarə edir.Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
33
demokrat.az

1Sources