EN

Vensin Azərbaycan və Ermənistana səfəri 9 11 fevral tarixlərində baş tutacaq

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycan və Ermənistana səfəri 9-11 fevral tarixlərində baş tutacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti tərəfindən yayımlanan açıqlamada bildirilib.

Orada qeyd edilir ki, dövlət katibinin iqtisadi məsələlər üzrə köməkçisi Ceykob Helberq "9-11 fevral tarixlərində vitse-prezident Ceyms Devid Venslə birgə Milan, İrəvan və Bakıya səfər edəcək". Bəyanatda qeyd olunur ki, Vens və Helberqin Ermənistan və Azərbaycana səfəri ABŞ administrasiyasının "sülh səylərini" və Trampın Beynəlxalq Sülh və Rifah üçün Marşrutunu (TRIPP) təşviq etmək məqsədi daşıyır.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Vensin fevral ayında Azərbaycan və Ermənistana səfər etmək niyyətində olduğunu açıqlamışdı.

2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti ilə üçtərəfli görüşdən sonra Ermənistan və Azərbaycan liderləri Bakı ilə Yerevan arasında sülh yolu ilə həll və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin yaradılması haqqında birgə bəyannamə imzaladılar.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
53
bizimyol.info

1Sources