BAKI, 8 fevral. TELEQRAF
ABŞ-də federal prokurorlar Ohayo ştatının 33 yaşlı sakini Şennon Metrə qarşı ABŞ vitse-prezidenti Cey Di Vensi öldürmək niyyəti ilə bağlı ittiham irəli sürüblər.
Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
İttiham aktına əsasən, Metr vitse-prezidenti taparaq onu "M14" markalı tüfənglə vuracağını iddia edib.
Məlumata görə, təqsirləndirilən şəxs bu niyyətini Vensin Ohayonun Toledo şəhərində çıxış etməsindən bir gün əvvəl səsləndirib.