EN

KİV: Rusiya yayda Ukraynanın cənub və şərqində hücum planlaşdırır

Rusiya hərbi komandanlığı 2026-cı ilin yayında Ukraynanın cənub və şərqində genişmiqyaslı hücum keçirməyi planlaşdırır.

APA Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) yeni hesabatında deyilir.

Analitiklərin bildirdiyinə görə, Kreml bu əməliyyat üçün strateji ehtiyatları cəlb etməyi nəzərdə tutur. Həmin ehtiyatların toplanmasına 2025-ci ilin payızında başlanıb.

Eyni zamanda, ekspertlər hesab edirlər ki, Rusiya ordusu belə miqyaslı hücuma eyni vaxtda həm hazırlaşmaq, həm də qarşıya qoyulan məqsədlərə nail olmaq üçün kifayət qədər resursa malik olmaya bilər.

Hesabatda qeyd olunur ki, yay kampaniyasına hazırlıq artıq başlayıb və aktiv hərbi əməliyyatlar 2026-cı ilin aprel ayının sonlarında start götürə bilər.

Ehtimal olunan əsas zərbə istiqamətləri kimi Slavansk–Kramatorsk və Orexov–Zaporojye göstərilir.

Chosen
49
1
apa.az

2Sources