EN

Əraqçi: İranın raket proqramı müzakirə mövzusu deyil

İran raket proqramları ilə bağlı danışıqlar aparmaq niyyətində deyil, çünki onlar yalnız müdafiə xarakteri daşıyır.

Azreform.info xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Onun sözlərinə görə, uranın zənginləşdirilməsinin qadağan edilməsi məsələsi İranın nöqteyi-nəzərindən müzakirə mövzusu deyil:
"Uranın zənginləşdirilməsi İranın qanuni hüququdur və davam etməlidir. Hətta bombardmanlar belə ölkəni müvafiq imkanlardan məhrum edə bilməz. Raketlərlə bağlı danışıqlar nə indi, nə də gələcəkdə mümkün deyil, çünki bu, müdafiə xarakteri daşıyır".

O, İranın nüvə məsələsinin yalnız danışıqlar yolu ilə həll edilə biləcəyini vurğulayıb.

Chosen
13
5
azreform.info

6Sources