EN

Gürcüstanda 16 yaşlı məktəbli dəmir yolu körpüsündən yıxılaraq ölüb

Bakı. Trend:

Gürcüstanın Batumi şəhərində 16 yaşlı məktəbli oğlan Bonibazarının yaxınlığında yerləşən dəmir yolu körpüsündən yıxılaraqhəlak olub.

Trend xəbər verirki, bu barədə “NewsGeorgia” məlumat yayıb.

Məlumata görə, faciə fevralın 6-sı axşam saatlarında baş verib.İlkin məlumatlara əsasən, yeniyetmə dostları ilə birlikdə körpüdəşəkil çəkdirərkən ehtiyatsızlıq nəticəsində yıxılıb və yükqatarının vaqonuna düşüb.

Bildirilir ki, ölümün əsas səbəbi dəmir yolu relsləri üzərindənkeçən yüksək gərginlikli elektrik xətlərinə toxunma ola bilər.

Chosen
41
az.trend.az

1Sources