EN

Həftəsonu çox yatanlara pis xəbər

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Həftəsonları zəngli saatı söndürüb bir neçə saat artıq yatmaq bir çox insan üçün həftə içi yaranan yorğunluğu azaltmağın ən rahat yoludur. Bu imkandan yararlananlar, çatışmayan yuxunu kompensasiya etdiklərini düşünür. Ancaq alimlər başqa sualı gündəmə gətirir. Qarşıda yuxusuz günlərin olacağını bilən insan əvvəlcədən daha çox yatsa, bu, sonradan işinə yaraya bilər?Demokrat.az xəbər verir ki, bəzi tədqiqatçılar bu yanaşmanın müəyyən hallarda effektiv olduğunu deyir. Onların fikrincə, beyin əlavə yuxu zamanı ehtiyac duyduğu resursları toplaya bilir və bu, yuxusuz dövrlərdə diqqətin və zehni fəaliyyətin nisbətən stabil qalmasına kömək edir. Son dövrlərdə sosial şəbəkələrdə də geniş yayılan bu fikir xüsusilə gərgin iş və imtahan dövrləri ilə əlaqələndirilir.Yuxu depolama anlayışı ilk dəfə 2009-cu ildə ABŞ-da aparılan araşdırmalarda gündəmə gəlib. Utah Dövlət Universitetindən Tracy Ruppun rəhbərlik etdiyi tədqiqatda bir qrup hərbçi iki hissəyə bölünüb. Bir qrup bir həftə ərzində gecə yeddi saat, digər qrup isə on saat yatıb. Daha sonra hər iki qrupa cəmi üç saat yuxu icazəsi verilib. Ardınca isə normal rejimə qayıdılıb. Nəticələr göstərib ki, əvvəlcədən daha çox yatanlar yuxusuz mərhələdə daha ayıq olub və əvvəlki performanslarına daha tez dönüblər.Sonrakı illərdə aparılan araşdırmalar da oxşar nəticələr ortaya qoyub. ABŞ-da xəstəxana şəraitində aparılan tədqiqatda gecə növbəsi öncəsi əlavə yuxu alan tibb işçilərinin iş zamanı daha diqqətli olduğu müşahidə edilib. İdman sahəsində də bu üsuldan istifadə edilir. Yelkən yarışlarında iştirak edən idmançılar yuxu azlığının yaratdığı səhvlərin azalmasını bu üsulla əlaqələndirir. Peşəkar idmançılar üzərində aparılan tədqiqatlar daha uzun yuxunun fiziki gərginliyi azaltdığını və performansı yüksəltdiyini göstərib.Bununla yanaşı, bütün alimlər bu fikri bölüşmür. Bəzi mütəxəssislər hesab edir ki, orqanizm gələcək üçün yuxu yığa bilmir və sadəcə əvvəlki yuxu çatışmazlığını aradan qaldırır. Onların fikrincə, insan yorğun olmadığı halda uzun müddət yata bilmirsə, bu, yuxunun depolanmadığını göstərir. Bu yanaşmaya görə, yuxu banka hesabından çox borc mexanizminə bənzəyir və artıq ehtiyat toplamaq mümkün deyil.Yuxunun niyə bu qədər vacib olduğu isə elmi baxımdan aydındır. Yuxu zamanı beyində və bədəndə bərpaedici proseslər gedir, gün ərzində toplanan tullantılar təmizlənir, yaddaş möhkəmlənir. Uzunmüddətli yuxu çatışmazlığı diqqət dağınıqlığına, motivasiya azalmasına və zehni ləngiməyə səbəb olur. Xüsusilə yeni bilik öyrənmək və ya fiziki bacarıqları inkişaf etdirmək çətinləşir.Bu üsulu dəstəkləyənlər bildirir ki, gərgin dövrlərdən əvvəl bir neçə həftə ərzində hər gecə yarım saat və ya bir saat artıq yatmaq fərqi hiss etdirməyə bilər. Bəziləri üçün bu, səhər bir az gec qalxmaqla mümkündür, digərləri isə axşam daha tez yatmağı üstün tutur. Günorta qısa yuxular da gecə rejimini pozmadığı halda faydalı sayılır.Alimlərin razılaşmadığı məqamlardan biri də artıq ciddi yuxu çatışmazlığı olan insanlar üçün bu üsulun nə dərəcədə təsirli olmasıdır. Bir qisim tədqiqatçılar bunun kömək edə biləcəyini desə də, itirilmiş yuxunun mümkün qədər tez bərpa edilməsinin daha vacib olduğunu vurğulayır. Digərləri isə uzunmüddətli həll yolu kimi yuxu depolamaya güvənməyin riskli olduğunu bildirir.Ümumi yanaşma ondan ibarətdir ki, hər gecə bir qədər artıq yatmaq sağlamlıq üçün faydalı ola bilər. Ancaq davamlı şəkildə normadan xeyli çox yuxuya ehtiyac duymaq başqa problemlərin əlaməti də ola bilər. Yəni yuxunu əvvəlcədən "yığmaq" bəzən kömək etsə də, sağlam və stabil yuxu rejimini əvəz etmir.Kənan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
30
demokrat.az

1Sources