EN

“Bavariya” Manuel Noyerə 2027 ci ilə qədər müqavilə təklif edib

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bavariya”nın qapıçısı Manuel Noyer klubdan yeni müqavilə təklifi alıb.

İdman.Biz-in xəbərinə görə, bu barədə jurnalist Nikolo Şira məlumat verib.

Məlumata əsasən, Münhen nəhəngi 39 yaşlı kapitana gələn mövsümün sonuna qədər bir illik müqavilə təklif edib. Qapıçı hələ cavab verməyib.

Daha əvvəl bildirilirdi ki, Noyer gələcək planları ilə bağlı hələ qərar verməyib: o, bu yay ya qala, ya da karyerasını bitirə çıxa bilər. Bu mövsüm veteran ulduz “Bavariya”nın heyətində bütün yarışlarda 25 oyun keçirib, 26 qol buraxıb və yeddi dəfə qapısını quru saxlayıb. Alman qapıçının mart ayında 40 yaşı olacaq.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
2
icma.az

3Sources