EN

Slovakiya prezidenti MiQ 29 qırıcılarının Ukraynaya verilməsini səhv adlandırıb

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Slovakiya prezidenti Peter Pelleqrini 2022-ci il fevralın 24-dən sonra Ukraynaya MiQ-29 qırıcılarının verilməsini səhv hesab etdiyini bildirib.

APA xəbər verir ki, Prezident bu fikri özünün "Facebook" səhifəsində paylaşıb.

“Mən hələ də Slovakiyanın o vaxt alternativi olmayan MiQ-lərindən imtina etməsini səhv hesab edirəm. O dövrün koalisiyasının MiQ-29 qırıcılarının sadəcə metal yığını olması ilə bağlı iddialarını rədd edirəm. Əgər bu belə olsaydı, onların heç biri Slovakiyadan Ukraynaya uça bilməzdi. Baş nazir olduğum dövrdə MiQ-29 təyyarəsində şəxsən uçuş həyata keçirmək imkanım olub və təyyarə qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirə bilib”, - Pelleqrini vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
6
5
apa.az

6Sources