EN

Çində müəssisədə partlayış nəticəsində 8 nəfər ölüb

Çinin şimalında yerləşən bir müəssisədə baş verən partlayış nəticəsində səkkiz nəfər həlak olub.Bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Hadisə “Jiapeng” biotexnologiya şirkətinə məxsus zavodun sexlərindən birində baş verib. Partlayışın səbəbləri hələlik açıqlanmayıb.

Bildirilib ki, hadisə ilə əlaqədar şirkətin rəsmi nümayəndəsi saxlanılıb. Faktla bağlı araşdırma aparmaq üçün istintaq qrupu yaradılıb.

Chosen
6
5
anews.az

8Sources