EN

"Nyukasl" "Brentford"a uduzdu

Ajans.az xəbər verir ki, günün ilk matçında "Mançester Yunayted" doğma meydanda "Tottenhem"i 2 cavabsız qolla məğlub edib. Bu, Maykl Kerrikin baş məşqçi təyin olunmasından sonra "qırmızı şeytanlar"ın ardıcıl 4-cü qələbəsi olub. Lider "Arsenal" evdə "Sanderlənd"ə 3:0, "Çelsi" isə səfərdə "Vulverhempton"a 3:1 hesabı ilə qalib gəlib. Bundan başqa, "Everton" "Fulhem"i 2:1, "Vest Hem" "Börnli"ni 2:0 hesabı ilə üstələyib, "Bornmut" - "Aston Villa" görüşündə heç-heçə qeydə alınıb - 1:1. "Qarabağ"ın UEFA Çempionar Liqasının pley-off mərhələsindəki rəqibi "Nyukasl" isə evdə "Brentford"a 2:3 hesabı ilə uduzub.

Qeyd edək ki, Premyer Liqada XXV tura fevralın 8-də keçiriləcək "Brayton" - "Kristal Pelas" və "Liverpul" - "Mançester Siti" oyunları ilə yekun vurulacaq.

Chosen
3
3
Ajans.az

4Sources