EN

Elmi tədqiqat və texnoloji xərclərdə dünyanın yeni lideri müəyyənləşib

Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

2026-cı il üçün təqdim olunmuş infoqrafik hesabata görə, dünya üzrə elmi tədqiqatlar və texnoloji inkişaf xərclərində Çin lider mövqedədir.

Reyting.az-ın məlumatına əsasən, Çin 2024-cü ildə elmi tədqiqatlara və müxtəlif sahələrdə elmi-texnoloji inkişafa təkan vermək məqsədilə 785,9 milyard dollar sərmayə yatırıb. Bu sahəyə ayrılan böyük maliyyə resursları sayəsində Çin qısa müddətdə mühüm uğurlar əldə edərək dünya liderinə çevrilib.

Siyahıda ikinci yerdə qərarlaşan ABŞ elmi tədqiqatlara və texnologiyaların inkişafına təxminən 781,8 milyard dollar xərcləyib.

Üçüncü pillədə 186 milyard dollar göstərici ilə Yaponiya yer alıb.

Məlumata görə, texnoloji supergüc olmaq iddiasını davam etdirən Çinin qlobal elmi-tədqiqat xərclərində payı 2000-ci ildən bəri sürətlə artaraq 4 faizdən 27,4 faizə yüksəlib. Statistikaya əsasən, ABŞ-da bu sahəyə yatırılan sərmayələrin əsas hissəsi özəl sektorun payına düşür. “Amazon” və “Alphabet” kimi şirkətlər bu istiqamətdə lider mövqedədir.

Çin isə sistemli inkişaf proqramlarına üstünlük verərək dövlət laboratoriyalarına əsaslanan mərkəzləşdirilmiş modeldən istifadə etməsi ilə ABŞ-dan fərqlənir.

Avropa ölkələri də siyahıda öncül mövqelər tutur. Almaniya 4-cü, Böyük Britaniya 6-cı, Fransa isə 8-ci yerlə ilk onluqda qərarlaşıb.

2026-cı il üçün hazırlanan infoqrafikaya görə, elmi tədqiqatlara və texnoloji yeniliklərə can atan, eyni zamanda Ukraynaya qarşı işğalçı müharibəni davam etdirən Rusiya siyahıda geriləyərək 11-ci yerə düşüb.

Sonda qeyd olunur ki, ümumilikdə Çin və ABŞ-nın qlobal elmi tədqiqatlara ayırdığı xərclərin payı 54,7 faizə bərabərdir.

Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
82
reyting.az

1Sources