İngiltərə millisinin sabiq üzvü Aleks Oksleyd-Çemberleynin yeni klubu müəyyənləşib.
QOL.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi karyerasını Şotlandiyada davam etdirəcək.
O, "Seltik"lə  6 ay + 1 illik müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Çemberleyn "Sauthempton" "Arsenal", "Liverpul" və "Beşiktaş"da çıxış edib.
