EN

Bakı–Sumqayıt yolunda təmir işləri aparılır

Hazırda Bakı–Sumqayıt yolunun Sulutəpə dairəsi istiqamətində yolun asfalt örtüyünün yenilənməsi ilə əlaqədar müvəqqəti təmir-bərpa işləri aparılır.

Baş Dövlət Yol Polisi İdarəsindən Ucnoqta.az-a verilən xəbərə görə, qeyd olunan istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Sürücülərdən xahiş olunur ki, müvəqqəti yol nişanlarının tələblərinə əməl etməklə, alternativ yollardan istifadə etsinlər. Yol polisi əməkdaşları tərəfindən nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görülür, hərəkətin nizamlanması həyata keçirilir.

Chosen
40
16
ucnoqta.az

10Sources