EN

Moskvada generala atəş açan iki nəfər tutuldu

Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) sədr müavini, general-leytenant Vladimir Alekseyevə sui-qəsd təşkil edən 3 nəfərdən ikisi saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Onların şəxsiyyəti müəyyən edilib. Cinayəti törədən 65 yaşlı Lyubomir Korba, onunla əlbir olanlar isə 66 yaşlı Viktor Vasin və 54 yaşlı Zinaida Serebritskayadır. Hər üçü Rusiya vətəndaşıdır”, – məlumjatda qeyd olunub.

Məlumata görə, Lyubomir Korba Dubayda, Viktor Vasin isə Moskvada keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Zinaida Serebritskaya isə Ukrayna ərazisinə keçə bilib.

Chosen
4
3
konkret.az

4Sources