EN

Sulutəpə dairəsi istiqamətində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb -FOTO

Bakı–Sumqayıt yolunun Sulutəpə dairəsi istiqamətində yolun asfalt örtüyünün yenilənməsi ilə əlaqədar həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

 

Senzor.az Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) istinadən bildirir ki, qurumun əməkdaşları tərəfindən nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görülür, hərəkətin nizamlanması həyata keçirilir.

 

“Sürücülərdən xahiş olunur ki, müvəqqəti yol nişanlarının tələblərinə əməl etməklə, alternativ yollardan istifadə etsinlər”, - deyə BDYPİ-nin məlumatında vurğulanır.

Chosen
14
17
senzor.az

10Sources