EN

Ronaldo daha bir oyunu boykot edir?

Tanınmış insayder Fabrizio Romano özünün YouTube kanalında Kriştiano Ronaldunun “Əl-Nəsr”in oyunlarını boykot etməsi və gələcəyi ilə bağlı vəziyyətə ətraflı aydınlıq gətirib.

Msport.az xəbər verir ki, onun sözlərinə görə, məsələ futbolçu ilə klub arasında münasibətlərlə bağlı deyil.

Onun baş məşqçi, komanda yoldaşları, azarkeşlər və klub rəhbərliyi ilə münasibətləri çox yaxşıdır. Ronaldo klubda çalışan insanlardan çox razıdır. Amma bir də PIF — Səudiyyə Pro Liqasının bir neçə klubuna nəzarət edən fond var. İnvestisiya, büdcə və digər qərarları onlar verir. Ronaldonu narazı salan da məhz budur — bir neçə klub üzrə idarəçilik və ümumi strategiyanın yüksək səviyyədə necə qurulması.

Qeyd edək ki, Ronaldo artıq komandasının çempionat çərçivəsində keçirdiyi iki oyunu buraxıb. İddialara görə, o, üçüncü matçı da boykot edə bilər.

Chosen
53
1
msport.az

2Sources