EN

Brunu Fernandeş “Mançester Yunayted”in tarixinə keçdi

BAKI, 8 fevral. TELEQRAF

"Mançester Yunayted"in kapitanı Brunu Fernandeş İngiltərə Premyer Liqasında "Tottenhem" üzərində qazanılan 2:0 hesablı qələbədə vurduğu qolla klub tarixinə düşüb.

Teleqraf “Squawka”ya istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi bu qolla "qırmızı şeytanlar"ın heyətində Premyer Liqada 200-cü qol töhfəsinə (qol + məhsuldar ötürmə) imza atıb.

Fernandeş bu nəticəni cəmi 314 oyuna əldə edərək, klub tarixində bu saya ən tez çatan ikinci futbolçu olub.

O, bu göstəricidə Rayan Qiqqz, Kriştianu Ronaldu və Devid Bekhem kimi əfsanələri qabaqlayıb. Hazırda yalnız Ueyn Runi (295 oyun) 200 qol töhfəsinə Fernandeşdən daha tez çatmağı bacarıb.

Qeyd edək ki, Brunu Fernandeşin aktivində Premyer Liqada 104 qol və 96 məhsuldar ötürmə var.

Chosen
26
teleqraf.com

1Sources