EN

Ekspert: Avtomobil yolları üzrə yol xəritəsinin yenilənməsi vacibdir

Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Ümid edirəm ki, yeni sədr həm Avtomobil Yolları üzrə Yol Xəritəsini, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 yanvar 2005-ci il tarixli, 1 nömrəli Qərarı ilə təsdiq edilmiş yol indekslərini yeniləyər”.

Bu sözləri “Sherg.az”a açıqlamasında nəqliyyat və logistika üzrə mütəxəssis Rauf Ağamirzəyev bildirib.

Mütəxəssis avtomobil yolları üzrə yol xəritəsinin və yol indekslərinin yenilənməsinin vacib olduğunu qeyd edib: 

- Çünki son 21 il ərzində həm eyni adlı dublyor magistral yollar formalaşıb, həm də yeni tikilən bir çox yolların texniki parametrləri indekslərin dəyişdirilməsini zəruri edir. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda inşa olunan yeni yollar həm yerli, həm də beynəlxalq nəqliyyat şəbəkəsinə inteqrasiya olunur ki, bu da indeksləşmənin yenidən baxılmasını aktuallaşdırır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Vüsal Zakir oğlu Nəsirli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin edilib. 

Ondan əvvəl bu vəzifəni 9 il müddətində Saleh Məmmədov icra edib. Vüsal Zakir oğlu Nəsirli 1978-ci ildə İmişli şəhərində anadan olub. - 2000-ci ildə Qafqaz Universitetinin İnzibati İdarəetmə fakültəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr, ⁠2002-ci ildə magistr pillələrini bitirib. 2001–2009-cu illərdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə, ⁠2009–2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsinin direktor müavini, ⁠2013–2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib. 2018-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri, hazırkı vəzifəsinə qədər isə nazirin müavini vəzifəsində çalışıb. Yeni sədrin yollarla bağlı hansı yeniliklər edəcəyini gələcək göstərər. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
25
sherg.az

1Sources