Robert Levandovski ilə bağlı maraqlı məqam ortaya çıxıb.
"Football-plus.az" xəbər verir ki, “Barselona” rəhbərliyi onu komandada saxlamaqda maraqlıdı. ESPN-in yaydığı xəbərə görə, Kataloniya klubu Levandovskiyə yeni müqavilə təklif etməyə hazırdı. Ancaq klub futbolçunun hazırda ən yüksək maaş alan oyunçulardan biri olduğunu nəzərə alaraq əməkhaqqının ciddi şəkildə azaldılmasını tələb edir.
Məlumata görə, baş məşqçi Hans-Diter Flik Levandovskinin fədakarlığından və məhsuldarlığından (186 oyunda 116 qol) son dərəcə razıdı. Klub Levandovskinin maaşından qənaət ediləcək vəsaiti heyətin gücləndirilməsinə yönəltmək niyyətindədi. “Barselona”nın yay “transfer pəncərəsi”ndə əsas prioriteti isə yüksək səviyyəli yeni hücumçu almaqdı.
Yeri gəlmişkən, polşalı forvard bu mövsüm bütün turnirlərdə 27 oyuna çıxıb, 12 qol vurub və 3 məhsuldar ötürmə edib.