EN

100 il yaşamaq istəyirsinizsə: Gündə cəmi 20 dəqiqə...

Gün ərzində müntəzəm olaraq 20 dəqiqəlik yuxu ürək-damar xəstəlikləri riskini təxminən üçdə bir qədər azalda və bununla da ömür uzunluğunu artıra bilər. Bunu yüz yaşlıların həyat tərzini araşdıran "National Geographic" tədqiqatçısı Dan Byuttner "TikTok"-da yayımlanan videoda bildirib.

"Cebheinfo.az" xəbər verir ki, o, həftədə bir neçə dəfə təxminən 20 dəqiqəlik qısa yuxuların ürək və qan damarlarına stressin əhəmiyyətli dərəcədə azalması ilə əlaqəli olduğunu göstərən tibbi tədqiqat məlumatlarına istinad edib. Həkimlər bu təsiri stress səviyyəsinin azalması və mərkəzi sinir sisteminin (MSS) bərpası ilə əlaqələndirirlər.

Alimin sözlərinə görə, nahardan sonra yuxu vərdişi 100 yaşa qədər insanların yüksək faizinin olduğu ölkələrdən biri olan Yunanıstanda geniş yayılmışdı. Tədqiqatçı qeyd edib ki, uzunömürlülüyün əsasını məhz belə sadə və xoş təcrübələr təşkil edir.

"Ömrü uzatmağın ən yaxşı yolları onun keyfiyyətini eyni zamanda yaxşılaşdıran və zövq verən üsullardır". 

O vurğulayıb ki, günortadan sonra yuxusu onlardan biridir.

Xəzər

"Cebheinfo.az"

Chosen
9
1
cebheinfo.az

2Sources