Azərbaycan Premyer Liqasının növbəti turunda “Sabah” “Araz Naxçıvan”ı qəbul edir.
İdmanxeber.az-ın məlumatına görə, ev sahibinin heyətində bir itki var. Pavol Şafranko zədə səbəbindən oynamayacaq. Coy Lens Mikelsin durumu isə qeyri-müəyyəndir.
“Araz Naxçıvan”da da durum eynidir. Zədəli İssuf Paro meydana çıxa bilməyəcək. “Neftçi” ilə matçda xəsarət alan Urfan Abbasovun isə oynayıb-oynamayacağı bəlli deyil.
Qeyd edək ki, “Sabah” – “Araz-Naxçıvan” matçı fevralın 8-də keçiriləcək. Masazırdakı “Bank Respublika Arena”da reallaşacaq görüşün start fiti 16:00-da səsləndiriləcək.