EN

“Xanəndələrdən evli insanla sevgili olanlar var”

Müğənni Ülviyyə Namazova verdiyi açıqlama ilə gündəmə gəlib.

Onun xanəndələrlə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə və ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.

Ülviyyə Namazova bildirib ki, ailəli şəxslərlə münasibət yaşayan təkcə adi insanlar deyil, sənət cameəsində də bu cür hallar mövcuddur. Müğənninin sözlərinə görə, xanəndələr arasında da evli insanlarla eşq yaşayanlar var və onların sayı az deyil. O, qeyd edib ki, bu şəxslər cəmiyyət tərəfindən tanınan, böyük kütlələr tərəfindən sevilən insanlardır.

Açıqlamasında Namazova vurğulayıb ki, bu mövzu təkcə sənət adamları ilə məhdudlaşmır. Onun fikrincə, istər xanəndə, istər həkim, istər müəllim, istərsə də adi insanlar arasında ailəli olduğu halda başqa münasibətlər yaşayanlar var və bu həqiqət əslində hamıya məlumdur.

Müğənninin bu fikirləri sosial mediada birmənalı qarşılanmayıb. Bəziləri onun dediklərini cəmiyyətin gizli qalan reallığı kimi qiymətləndirib, digərləri isə bu cür ümumiləşdirmələrin düzgün olmadığını bildirib. Açıqlama hazırda şou-biznes və sənət cameəsində ən çox müzakirə olunan mövzulardan birinə çevrilib./Milli.Az

"Cebheinfo.az"

Chosen
5
3
cebheinfo.az

8Sources