EN

"Real" "Liverpul"un futbolçusuna təklif göndərdi

Ajans.az xəbər verir ki, insayder Nikolo Skira “Real”ın 26 yaşlı fransız futbolçuya rəsmi təklif göndərdiyini bildirib. Madrid klubu Konate ilə 2031-ci ilin yayına qədər müqavilə imzalamaqda maraqlıdır. “Kral klubu” futbolçunu bu yay azad agent kimi heyətinə qatmağı planlaşdırır. Konatenin “Liverpul”la hazırkı müqaviləsi 30 iyun 2026-cı ilədək qüvvədədir. Daha əvvəl tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlarda irəliləyişin olmadığı bildirilmişdi.

Qeyd edək ki, Konate bu mövsüm “Liverpul”un heyətində bütün turnirlərdə 31 oyuna çıxıb və 2 qol vurub.

Chosen
11
6
Ajans.az

7Sources