“Liverpul”un mərkəz müdafiəçisi İbraima Konate karyerasını “Real”da davam etdirə bilər.
NOCOMMENT.az xəbər verir ki, insayder Nikolo Skira “Real”ın 26 yaşlı fransız futbolçuya rəsmi təklif göndərdiyini bildirib.
Madrid klubu Konate ilə 2031-ci ilin yayına qədər müqavilə imzalamaqda maraqlıdır. “Kral klubu” futbolçunu bu yay azad agent kimi heyətinə qatmağı planlaşdırır.
Konatenin “Liverpul”la hazırkı müqaviləsi 30 iyun 2026-cı ilədək qüvvədədir. Daha əvvəl tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlarda irəliləyişin olmadığı bildirilmişdi.
Qeyd edək ki, Konate bu mövsüm “Liverpul”un heyətində bütün turnirlərdə 31 oyuna çıxıb və 2 qol vurub.