EN

Norveçli idmançı İtaliyadakı Qış Olimpiya Oyunlarında tarixi uğura imza atıb

Norveçli sürətli konkisürən Raqne Viklund İtaliyada keçirilən XXV Qış Olimpiya Oyunlarında tarixi uğura imza atıb.

Moderator.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

İdmançı qadınlar arasında 3000 metr məsafəyə qaçışda 3:56.54 saniyə nəticə göstərərək gümüş medal qazanıb.

Bu, Norveç üçün 1980-ci ildə Leyk-Plasiddə keçirilən Olimpiadadan bəri qadınların sürətli konki sürmə yarışlarında qazanılan ilk olimpiya medalı olub.

Chosen
15
3
moderator.az

4Sources