EN

Gürcüstanın qərbində torpaq sürüşməsi baş verib

Tbilisi, 8 fevral, AZƏRTAC

Gürcüstanın qərbində yenidən torpaq sürüşməsi baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Yolları Departamenti məlumat yayıb.

Bildirilir ki, sürüşmə nəticəsində Zuqdidi-Cvari-Mestia-Lasdili magistral yolunun 52-ci kilometrliyində qaya kütləsi yol infrastrukturuna ciddi ziyan vurub. Avtomagistralda bütün nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Hazırda yolda hərəkətin bərpası istiqamətində işlər davam etdirilir. Lakin qeyri-sabit hava şəraiti, qar və yağış yağması işləri çətinləşdirir, torpaq sürüşməsi riskini daha da artırır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Chosen
21
7
azertag.az

8Sources