EN

Sabahın havası: külək əsəcək

Ayna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakıda və rayonlarda hava əsasən yağmursuz olacaq

Fevralın 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, sabbah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək.

Gecə 3-5° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 754 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90%, gündüz 70-75 % olacaq.

Rayonlarda hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
49
ayna.az

10Sources